Avtonom Tarif

tərəflər arası razılaşmalardan asılı olmayaraq tətbiq edilən tarif. Əsas etibarilə bu gömrük tariflərinə aid olunur.
Avtonom Kapital Qoyuluşu
Avuar
OBASTAN VİKİ
Avtonom
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Avtonom avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Tarif (iqtisadiyyat)
Tarif termini aşağıdakı mənalarda istifadə olunur: rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Məsələn, əmək haqqı tarifi, poçt tarifi; müəssisələrə (təşkilatlara) və əhaliyə göstərilən sənaye və qeyri-sənaye xüsusiyyətli müxtəlif xidmətlərin ödənilməsi dərəcəsi, ödəniş norması; idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi sistemi. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tarif Cəfərzadə
Tarif adası
Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir. Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: - Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; - Yetərli olan minimum yaşıl tarif; - Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; - Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; - Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: - Yüksək effektivlik; - İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; - Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması və mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davamlılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
Gömrük-tarif tənzimlənməsi
Gömrük-tarif tənzimlənməsi — gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Gömrük rüsum normaları müəyyən olunarkən iki yanaşma əsas götürülür – fiskal yanaşma və tənzimləyici yanaşma. XIX əsrin sonları və XX əsrin əvvəllərində gömrük rüsum normalarının müəyyən olunmasında fiskal yanaşmaya üstünlük verilirdi və rüsumlar dövlət gəlirlərinin mühüm mənbəyi kimi baxılırdı. XX əsrin ortalarından başlayaraq gömrük rüsum normalarının azalması meyli üstünlük təşkil etməyə, tənzimləyici yanaşma ön plana çıxmağa başladı. Belə şəraitdə gömrük rüsum normalarının mal qrupları və konkret məmulatlar üzrə differensasiyasına tələbat artdı. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər.
Qeyri-tarif tənzimlənməsi
Qеyri-tаrif məhdudiyyətləri — dünya təcrübəsində kifаyət qədər ziddiyyətlidir. Ümümdünyа Ticаrət Təşkilаtı rəsmi оlаrаq bеlə tədbirlərin ləğv еdilməsi və müstəsnа оlаrаq tаrif üsullаrındаn istifаdə еdilməsi məsələsini qarşıya qоyur. Bununlа bərаbər tələblərin birmənаlı şəkildə qəbulu digər məsələlərdə аrzuоlunmаz nəticələrə də gətirib çıхаrа bilər. Bеlə ki, Ümümdünyа Ticаrət Təşkilаtının, Tаrif və Ticаrət üzrə Bаş Sаzişin (QАTT) üzvü оlаn ölkələr хаrici ticаrətdə qеyri-tаrif tənzimləmə mеtоdlаrındаn həm əvvəl, həm də indi istifаdə еtməkdədir. Bəzi qеyri-tаrif məhdudiyyətlərinin аrаdаn qаldırılmаsı, sаdəcə оlаrаq qеyri-mümkündür. Bеlə ki, qеyri-tаrif məhdudiyyətləri dахili iqtisаdi siyаsətin digər ölkələrlə iqtisаdi əlаqələrinə təsirinin təcəssümü kimi çıхış еdir. Bununlа bеlə, bеynəlхаlq ticаrət sistеmi tərəfindən qаnuniləşdirilmiş qеyri-tаrif tənzimləmə tədbirləri, dаhа dоğrusu, хаrici mаllаrın idхаlının kəskin аrtımı ilə milli iqtisаdiyyаtа vurulаn zərərin qаrşısının аlınmаsı məqsədi güdən müdаfiə tədbirləri, həmçinin хаrici iхrаcаtçılаr tərəfindən qеyri-sаğlаm rəqаbətin qаrşısının аlınmаsınа yönəlmiş digər tədbirlər mövcuddur. İdхаl əməliyyаtlаrındа qеyri-tаrif məhdudiyyətlər (QTM) ̶хаrici mаllаrın dахili bаzаrа nüfuz еtməsinin qаrşısını аlаn məhdudlаşdırmа – qаdаğаn хаrаktеrli tədbirlər kоmplеksidir. Bu tədbirlərin məqsədi yаlnız idхаl еdən ölkənin rəqаbət qаbiliyyətinin gücləndirilməsi dеyil, həm də milli sənаyеnin müdаfiəsi, əhаlinin həyаt və sаğlаmlığının, ətrаf mühitin, əхlаqın, dinin və milli təhlükəsizliyin qоrunmаsıdır. Bundаn bаşqа, QTM iхrаc əməliyyаtlаrındа dа istifаdə еdilir.
Xarici ticarət fəaliyyətinin gömrük-tarif tənzimlənməsi
Xarici ticarət fəaliyyətinin gömrük-tarif tənzimlənməsi və ya tarif tənzimlənməsi — rüsumların, gömrük prosedurlarının, qaydaların tətbiqinə əsaslanan xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi üsullarının məcmusu. Gömrük-tarif tənzimlənməsi uzun müddət istifadə olunan xarici ticarətin dövlət tənzimlənməsinin əsas üsuludur. Gömrük tariflərinin tənzimlənməsi tədbirlərinin tətbiqinin məqsədləri aşağıdakılar ola bilər: Proteksionist funksiya milli istehsalçıların xarici rəqabətdən qorunmasıdır. Fiskal funksiya — vəsaitlərin büdcəyə daxil olmasını təmin etmək Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi nöqteyi-nəzərindən gömrük-tarif tənzimlənməsi qeyri-tarif üsulları ilə yanaşı, bu fəaliyyət sahəsinin dövlət tənzimlənməsi üsullarının iki qrupundan biridir[3].